MƏDƏNİYYƏT


Bakıda eskiz müsabiqəsi elan olunub

A+ A

Bakı, 13 fevral, AZƏRTAC

Bakı Xətai Sənət Mərkəzində “Eskizimdə sizi düşündüm” adlı eskiz müsabiqəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Memarlıq və İnşaat Universiteti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tələbələr arasında keçirilən müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr olunub. Məqsəd müasir eskiz planlamanın inkişafına stimul yaratmaq, müasir Azərbaycan infrastrukturunun - yaşayış massivləri, binalar, məktəblər, istirahət mərkəzləri, xəstəxanalar, marketlər, ofislər, yollar və başqa kommunikasiya sistemlərinin daha müasir və planlı tərtibatına nail olmaqdır. Son qeydiyyat tarixi aprelin 20-dək olan müsabiqəyə başqa tədris müəssisələrinin tələbələri və həvəskarlar da qatıla bilər.

Seçilmiş əsərlər Xətai Sənət Mərkəzində və Memarlıq və İnşaat Universitetində sərgilənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.