CƏMİYYƏT


Bakıda fərdi evdə yanğın baş verib

Bakı, 19 iyun, AZƏRTAC

Bakıda fərdi evdə yanğın olub.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Bakı şəhəri Sabunçu rayonunda vətəndaşa məxsus evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 35 kvadratmetr olan mətbəxin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

“Bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 16:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb”, - deyə məlumatda bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.