MƏDƏNİYYƏT


Bakıda fotoqrafların əsərləri sərgilənəcək

Bakı, 18 may, AZƏRTAC

Mayın 30-də “Arts Council Azerbaijan” təşkilatı gənc və həvəskar rəssamların tanıdılması üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Gənclər Şəbəkəsi ilə birgə “Xatirələr” adlı fotosərgi təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, “Art Villa” qalereyasında açılacaq sərginin kuratoru Nurziya Xəlilova və Natalya Yarkovayadır.

Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgidə müxtəlif üslubda və texnikada işlənən sənət əsərləri - rəngkarlıq, qobelen, heykəltəraşlıq nümunələri təqdim olunacaq. Sərgiyə qatılmaq istəyənlər öz əsərlərini mayın 20-dək [email protected] elektron ünvana göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.