İDMAN


Bakıda futbol üzrə “3x3 qızlar turniri” keçiriləcəkdir

Bakı, 5 dekabr (AzərTAc). Ölkəmizdə qadın futbolunun inkişafı, qızlar arasında bu idman növünün təbliğatının gücləndirilməsi və kütləviliyin artırılması məqsədilə AFFA “UNICEF Azerbaijan” ilə birgə yeni layihəyə start verir.
AzərTAc xəbər verir ki, dekabrın 21-də “Bayıl stadionu”nda qızlar arasında 3 yaş qrupu üzrə “3x3 qızlar turniri” keçiriləcəkdir.
Turnirin qaydalarına görə, hər komandanın iştirak ərizəsində 5 nəfərin adı qeyd olunmalıdır. Oyun zamanı hər komandanın heyətində meydana 3 nəfər çıxır. Onlardan biri indiyədək hər hansı komandanın heyətində çıxış etməyən, adı AFFA-nın qeydiyyat bazasında olmayan oyunçu olmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.