MƏDƏNİYYƏT


Bakıda gənc bəstəkarların əsərləri səslənəcək

A+ A

Bakı, 7 yanvar, AZƏRTAC

Yanvarın 31-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində olan kamera və orqan musiqi zalında gənc bəstəkarlar konsert proqramı ilə çıxış edəcəklər.

AZƏRTAC xəbər verir ki, konsert proqramı “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Müxtəlif ali və orta ixtisas musiqi məktəblərindən olan gənc ifaçıların qatılacağı konsertdə yalnız gənc azərbaycanlı bəstəkarların musiqi əsərləri səsləndiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.