MƏDƏNİYYƏT


Bakıda gənc rəssamın sərgisi açılıb

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Bakıda gənc rəssam Afət Bağırovanın retrospektiv fərdi rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, “Port Baku Mall”da gerçəkləşən sərgidə rəssamın müasir mövzulu sənət əsərləri nümayiş olunub.

Fırça ustası sənət əsərlərində ən çox müasir quraşdırmalar ilə eksperiment apararaq foto və video janrlarına üstünlük verib.

Tədbirdə çıxış edənlər bildirib ki, janr müxtəlifliyi və işlənmə texnikası baxımından maraq doğuran rəsmlər zəngin dünyagörüşünün və gərgin əməyin bəhrəsidir.

Vurğulanıb ki, rəssam əsərlərində vizual surətlərdən istifadə edərək seyrçinin anlayışında xaos yaradır. Hər əsərin dəqiq bir məna daşıması məcburiyyətində olmasına əmin olmaq sənətsevəri məntiqi labirintə salır, rəssam isə bu labirinti sındırmağa cəhd edir. Onun əsərlərində heç bir hadisə izah olunmur.

Paytaxt sakinləri ilə yanaşı, xarici qonaqların da qatıldığı sərgi maraqla qarşılanıb.

Sərgi oktyabrın 2-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.