MƏDƏNİYYƏT


Bakıda gənc rəssamların Fransaya aid əsərləri sərgilənəcək

Bakı, 22 may, AZƏRTAC

Mayın 25-də “Art Galery”də “Fransada bir gün” (Un jour en France) adlı rəsm sərgisi açılacaq. Sərgi “Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə reallaşacaq.

Bu barədə AZƏRTAC-a təşkilatın rəhbəri Dadaş Məmmədov məlumat verib.

“Sərgidə bir sıra azərbaycanlı rəssamın Fransa ilə bağlı əl işləri təqdim olunacaq. Bu dəfə gənc rəssamlar sözügedən ölkə haqqında öz hiss və duyğularını sənət əsərləri vasitəsilə nümayiş etdirəcəklər. Sərginin kuratoru gənc rəssam Xatəm Əlizadədir”,- deyə D. Məmmədov söyləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.