MƏDƏNİYYƏT
Bakıda gənc rəssamların əl işlərindən ibarət sərgi açılıb
Bakı, 17 dekabr, AZƏRTAC
“Art Tower” qalereyasında gənc və həvəskar rəssamların əl işlərindən ibarət qrup sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunan sərgi “Start” layihəsi çərçivəsində baş tutub.
Sərgidə 30-dək fırça ustasının müxtəlif mövzulu sənət əsərləri nümayiş olunub. Sərginin kuratoru Səbinə Nəcəfova bildirib ki, layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərginin əhəmiyyətindən danışan kurator ekspozisiyada yer alan əsərlərin texnikada işlənən sənət əsərləri, rəngkarlıq, qobelen, heykəltəraşlıq janrlarında olduğunu söyləyib.
Qeyd edək ki, bundan öncə sözügedən layihə çərçivəsində “Bakının müasir memarlığı fotolarda” adlı sərgi də təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]