MƏDƏNİYYƏT


Bakıda gənc rəssamların əsərləri sərgilənəcək

Bakı, 20 dekabr, AZƏRTAC

Dekabrın 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssamların sənət əsərlərindən ibarət sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunacaq sərgi Mədəniyyət və Turizm Nazirliyinin Təşkilatçılığı ilə gerçəkləşəcək. Sərgidə Azərbaycan Rəssamlar İttifaqı və Gənc Rəssamlar Birliyinin üzvü olan fırça ustaları iştirak edəcək.

Sərginin ekspozisiyasında müstəqilliyimizin bərpasından bu günədək dövlətimizin qazandığı uğurları, torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının qəhrəmanlığının əks olunduğu rəngkarlıq, qrafika, heykəltəraşlıq və plakat sənəti janrlarında olan rəsm əsərləri yer alacaq.

Sərgi üç gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.