MƏDƏNİYYƏT


Bakıda gənc rəssamların qrup sərgisi açılacaq

Bakı, 12 dekabr, AZƏRTAC

Bakıda gənc və həvəskar rəssamların sənət əsərlərindən ibarət qrup sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, dekabrın 15-də “Art Villa” qalereyasında gerçəkləşəcək sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunacaq.

“Start” layihəsi çərçivəsində baş tutacaq sərgidə iştirak etmək istəyənlər əsərlərini [email protected] elektron ünvanına göndərə bilərlər. Layihənin məqsədi cəmiyyətdə incəsənətin, müasir memarlığın tanınması və təbliği sahəsində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır.

Qeyd edək ki, bundan öncə sözügedən layihə çərçivəsində “Bakının müasir memarlığı fotolarda” adlı sərgi də təşkil olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.