MƏDƏNİYYƏT
Bakıda gənc solistlərin premyera konserti təşkil olunacaq
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 23-də R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Gənc solistlərin premyera konserti” adlı musiqi proqramı təşkil olunacaq.
Musiqili gecədə dünya şöhrətli argentinalı bəstəkar Astor Pyazzollanın tanqo musiqiləri ilə yanaşı, İtaliyan bəstəkarı Antonio Vivaldinin “İlin fəsilləri” adlı klassik musiqi əsəri ifa ediləcək. Bundan başqa, konsert çərçivəsində bir sıra dünya bəstəkarlarının klassik musiqi əsərləri də səslənəcək.
Bu barədə AZƏRTAC-a layihənin əlaqələndiricisi, musiqişünas Emin Hüseynov məlumat verib. Onun sözlərinə görə gənc solistləri Bakı Solistləri Ansamblı müşayiət edəcək.
Hər kəsin qatıla biləcəyi konsert proqramında yalnız klassik musiqi nömrələri təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]