ELM VƏ TEXNOLOGİYA


Bakıda görkəmli serb alimi Nikola Teslanın xatirəsi yad edilib

A+ A

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 10-da görkəmli serb alimi Nikola Teslanın anadan olmasından 160 il ötür. Bu münasibətlə Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç dahi ixtiraçının Bakıda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

AZƏRTAC-a müsahibəsində N.Rodiç görkəmli alim N.Teslanın həyat və fəaliyyəti barədə danışıb. Səfir görkəmli alimin dünya elminə çox böyük töhfələr verdiyini və onun xatirəsinin bütün dünyada hörmətlə yad edildiyini deyib. Qeyd edib ki, alimi radio, mobil telefonlar və bir sıra digər müasir ixtiraların atası adlandırmaq olar.

N.Rodiç Bakıda dahi ixtiraçıya abidə ucaldılmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və bunu Azərbaycan-Serbiya dostluğunun təzahürü kimi dəyərləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.