İDMAN


Bakıda güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi başlayıb

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC 

Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi başlayıb.

AZƏRTAC xəbər verir ki, sayca 9-cu dəfə təşkil olunan turnirdə 50-dən artıq ölkədən 700-ə yaxın güləşçi iştirak edir. Proqrama əsasən, yarışın ilk günündə sərbəst güləşçilər mübarizə aparırlar.

Sərbəst güləş yarışlarında baş məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi altında məşqçilər korpusu 22 güləşçimizi sınaqdan keçirir. Heyətdə Əfqan Xaşalov, Mircəlal Həsənzadə, Georgi Edişeraşvili, Pərviz İbrahimov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov, Zəlimxan Vəliyev, Əli Rəhimzadə (hər üçü 61 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov, Coşqun Əzimov (hamısı 65 kq), Gitinomaqomed Hacıyev, Hacımurad Ömərov, Orxan Abbasov (hər üçü 70 kq), Cəbrayıl Həsənov, Murad Süleymanov, Əşrəf Əliyev (hər üçü 74 kq), Aleksandr Qostiyev, Hacımurad Məhəmmədsəidov (hər ikisi 86 kq), Aslanbek Alborov, Roman Bəkirov (hər ikisi 97 kq), Umar İsrailov və Əli İsayev (hər ikisi 125 kq) yer alıblar.

Beynəlxalq turnirin rəsmi media tərəfdaşı AZƏRTAC-dır.

Turnirə noyabrın 26-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.