Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Bakıda hərbçilər arasında birinci Dünya Futbol Kubokunun təntənəli açılış mərasimi keçirilmişdir VİDEO

Bakı, 2 iyul (AZƏRTAC). İyulun 2-də Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kubokunun təntənəli açılış mərasimi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, “Dalğa-Arena” stadionunda təşkil edilən mərasimdə Müdafiə, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Milli Olimpiya Komitəsinin, Beynəlxalq Hərbi İdman Şurasının, FİFA-nın, AFFA-nın, futbol üzrə Azərbaycan yığma komandasının və yarışda çıxış edəcək 16 dövlətin futbol komandasının nümayəndələri, həmçinin ölkə futbolunun veteranları iştirak etmişlər.

Əvvəlcə birinci Dünya Futbol Kubokunda iştirak edən komandalar təqdim olunmuşdur.

Sonra Azərbaycan Respublikasının dövlət himini səsləndirilmiş, ölkəmizin dövlət bayrağı və Beynəlxalq Hərbi İdman Şurasının bayrağı qaldırılmışdır.

Mərasimdə çıxış edən Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba Malboum çempionata göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Hamad Kalkaba Malboum demişdir ki, Afrika, Amerika, Asiya və Avropa ölkələrini bir araya gətirən hərbçilər arasında birinci Dünya Futbol Kuboku əsasən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi sayəsində Beynəlxalq Hərbi İdman Şurası üçün xüsusi bir tədbirə çevrilmişdir. Beynəlxalq Hərbi İdman Şurası 2011-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində hərbçilər arasında 5-ci Yay Dünya Oyunlarının və 2013-cü ildə Fransanın Annesi şəhərində hərbçilər arasında ikinci Qış Dünya Oyunlarının uğurla həyata keçirilməsinə nail olmuşdur. İnanıram ki, Bakıda keçirilən yarış da uğurla başa çatacaqdır.

Gənclər və idman naziri Azad Rəhimov demişdir ki, Azərbaycan idmanı yeni dirçəliş dövrünü yaşayır. Sevindirici haldır ki, dövlətimiz tərəfindən idmançılara göstərilən diqqət və qayğı daim artır. Bundan ruhlanan idmançılarımız Olimpiya oyunlarında, Avropa və dünya çempionatlarında uğurla çıxış edir, ölkəmizin idman şərəfini layiqincə qoruyur və Vətənimizə medallarla dönürlər.

A.Rəhimov qeyd etmişdir ki, ölkəmizdə futbolun qədim tarixi vardır. Bu gün qarşımızda duran konkret məsələlərdən biri də bu idman növünü qoruyub yaşatmaq və inkişaf etdirməkdir. Ölkəmizdə idmana, o cümlədən futbola böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” imzalamışdır. Dövlət Proqramının icrası məqsədi ilə artıq bir sıra tədbirlər həyata keçirilmiş və bu proses davam edir. Çox sevindirici haldır ki, hərbçilər arasında da futbola böyük maraq vardır. Ümid edirəm ki, Bakıda keçirilən birinci Dünya Futbol Kuboku yarışı gərgin idman mübarizəsi şəraitində keçəcəkdir.

Hərbçilər arasında birinci Dünya Futbol Kubokunun təşkilat komitəsinin sədri, Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev yarış iştirakçılarını Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin adından salamlamış, hər bir komandaya qələbə arzulamışdır.

Nazir demişdir ki, Azərbaycan xalqı ikinci dəfə müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, idman sahəsində də bir çox uğurlar əldə etmişdir. Bu, ilk növbədə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Milli Olimpiya Komitəsinə rəhbərliyə başladıqdan sonra respublikamızda idman və bədən tərbiyəsi hərəkatı sürətlə inkişaf etməyə başlamış və respublikamız idman ölkəsinə çevrilmişdir. Bunun nəticəsi olaraq Azərbaycan idmançıları qısa müddət ərzində Avropada və dünyada keçirilən idman yarışlarında və Olimpiya oyunlarında yaddaqalan uğurlar əldə etmiş, o cümlədən ordu idmançılarının qazandıqları medalların sayı artmışdır.

Nazir demişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının üzvüdür. Azərbaycanın ordu idmançıları o zamandan bu günədək Olimpiya, dünya, Avropa və beynəlxalq yarışlarda iştirak edərək 85 qızıl, 74 gümüş və 112 bürünc medal qazanmışlar. Təsadüfi deyildir ki, bu vaxtadək Beynəlxalq Hərbi İdman Şurasının qərarı ilə Azərbaycanda 2004-cü ildə cüdo, 2006-cı ildə güləş və 2008-ci ildə boks üzrə dünya çempionatları uğurla keçirilmişdir.

S.Əbiyev vurğulamışdır ki, qədim idman ənənələrinə malik Azərbaycan torpağından xoş və zəngin təəssüratla doğma ölkələrinizə qayıdacağınıza əminəm. Arzu edirəm ki, Azərbaycan hərbçilərinin yığma futbol komandası çempionatda Azərbaycan Silahlı Qüvvələrini və xalqımızı ləyaqətlə təmsil etsinlər.

Sonra çempionatda iştirak edən komandaların təntənəli keçidi olmuşdur.

Rəsmi hissədən sonra Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbaninin ssenarisi əsasında ədəbi-musiqili xoreoqrafik kompozisiya təqdim edilmişdir.

 

Bakıda hərbçilər arasında birinci Dünya Futbol Kubokunun təntənəli açılış mərasimi keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomik festival açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür