MƏDƏNİYYƏT


Bakıda hind mətbəxi festivalı keçiriləcək

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Bakıda hind mətbəxi festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Hayat Recensi-Naxçıvan” mehmanxanasında təşkil olunacaq festival Hindistanın ölkəmizdəki səfirliyi və Azərbaycan-Hindistan Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Festival çərçivəsində Hindistanın milli mətbəxinə məxsus yeməklər nümayiş olunacaq.

Festivalın keçirlməsində məqsəd azərbaycanlıları hind mətbəxi ilə yaxından tanış etmək, iki ölkə arasında mədəni əlaqələrin inkişafına dəstək verməkdən ibarətdir.

Festivalda qədim və müasir hind rəqsləri, musiqi nümunələri ilə yanaşı, müxtəlif əyləncə və oyunlar da təşkil olunacaq. Tədbir çərçivəsində müxtəlif satış-sərgilərin açılması da nəzərdə tutulub. Sərgidə ölkəmizin 25-60 yaş arası rəssamlarının 500-dək müxtəlif mövzulu sənət əsərləri də satışa çıxarılacaq.

Qeyd edək ki, əldə olunan vəsaitlər Azərbaycanda xeyriyyə işlərinə sərf olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.