İDMAN


Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışı davam edir

Bakı, 19 mart, AZƏRTAC

Bakıda, Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışı davam edir.

AZƏRTAC xəbər verir ki, martın 19-da - turnirin sonuncu günündə müxtəlif hərəkətlər üzrə final yarışları keçirilir.

Bakının artıq ikinci ildir ev sahibliyi etdiyi dünya kubokunda 23 ölkədən 85 kişi və 35 qadın idmançı iştirak edir. Hazırkı Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında keçirilən yarışlarda kişi gimnastları 6, qadın gimnastları isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.