MƏDƏNİYYƏT


Bakıda ikinci Beynəlxalq Poeziya Festivalı keçiriləcək

Bakı, 31 dekabr, Z.Mansurova, A.İsmayılova, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin (BTƏƏM) yeni ofisinin açılışı olub.

BTƏƏM-in direktoru S.Babullaoğlu bu işlərin reallaşmasında, redaktoru olduğu “Dünya ədəbiyyatı” jurnalının da yeni nömrələrinin hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib və yeni layihələr haqqında söhbət açıb. O, Mərkəzin “Dünya ədəbiyyatı” jurnalında hələ ki, Şərq aləminin müasir və klassik yazarlarının dilimizə tərcümə olunduğunu bildirib: “Dünya ədəbiyyatı” jurnalının 2016-cı ildə 2 nömrəsini çıxara bildik. “Rusiya” və “Oman” ədəbiyyatı dərgilərini hazırlayıb nəşr etdirdik. Qarşıda böyük planlarımız var. Bakıda ikinci Beynəlxalq Poeziya Festivalı keçirməyi düşünürük. Yeni ofisimizin açılışı işlərimizin sürətlənməsinə təkan verəcək”.

Bir növ hesabat xarakterli çıxışında mərkəzin rəhbəri bildirib ki, “525 kitab” seriyasından 27 kitab nəşr ediblər.

Tədbirdə çıxış edən Əməkdar Artist Rafiq Həşimov Mərkəzin kollektivini təbrik edib. Onlara işlərində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.