CƏMİYYƏT


Bakıda ikinci beynəlxalq parodontologiya və estetik stomatologiya konqresi keçiriləcək

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) oktyabrın 28-29-da "EstePerio-2016" ikinci beynəlxalq parodontologiya və estetik stomatologiya konqresi keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konqres Azərbaycan Parodontologiya Cəmiyyəti, Azərbaycan Estetik Stomatologiya Assosiasiyası və ADHTİ-nin stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının birgə əməkdaşlığı ilə təşkil ediləcək. Konqresin məqsədi Azərbaycanda parodontologiya və estetik stomatologiya sahəsinin inkişaf etdirilməsinə yardım etmək, dövlət və özəl sektorda fəaliyyət göstərən stomatoloqlar arasında maarifləndirmə işi apararaq onların bilik və təcrübələrini təkmilləşdirməkdir.

Tədbirə Böyük Britaniya, Belçika, Türkiyə, Rusiya və digər ölkələrdən parodontologiya və estetik stomatologiya sahəsində kliniki və elmi qabiliyyətlərinə görə beynəlxalq səviyyədə lider kimi tanınmış mütəxəssislər dəvət olunublar. Bu mütəxəssislərlə yanaşı, ölkəmizdə və xaricdə təhsil almış Azərbaycan alimləri və stomatoloqları da konqresin işində iştirak edəcəklər.

Konqresdə elmi proqramla yanaşı, həkimlərimizin bu sahədəki praktik biliklərinin təkmilləşdirilməsi məqsədilə ustad dərsləri də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.