MƏDƏNİYYƏT


Bakıda ikinci türk şeir gecəsi keçiriləcək

Bakı, 8 fevral, AZƏRTAC

Fevralın 14-də Nizami Kino Mərkəzində “Xəzərdə eşqin səsi” adlı ikinci türk şeir gecəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə baş tutacaq gecədə teatr sənətçiləri tərəfindən türk və Azərbaycan dillərində şeirlər səsləndiriləcək, “Savalan” musiqi qrupu və müğənni Lalə Məmmədova səhnə alacaq.

“Söz” ədəbi layihəsi çərçivəsində təşkil ediləcək gecədə Yunusdan Mövlanəyə, Orxan Vəlidən Abdurrəhim Karakoça, Nəsimidən Şəhriyara, Mikayıl Müşfiqdən Hüseyn Cavidə dilimiz, tariximiz və gələcəyimiz bir olan qardaş Azərbaycan və Türkiyə xalqının ədəbi zənginliyi görüşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.