İDMAN


“Bakıda ildırım sürətilə!” müsabiqəsi

Bakı, 3 iyun, AZƏRTAC

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti və Rusiyanın “F1News.Ru” saytı “Bakıda ildırım sürətilə!” müsabiqəsini elan edib. Qaliblər iyunun 23-dən 25-dək Bakıda baş tutacaq Azərbaycan Qran-Prisinə iki bilet qazanacaqlar. Bundan başqa, ən yaxşı iştirakçı Formula-1-in “Paddock Club”una ekskursiya etmək, ikinci yeri tutan isə “Formula 2 Russian Time” komandasının boksuna getmək imkanı qazanacaq.

AZƏRTAC “F1News.Ru” saytına istinadla xəbər verir ki, hər gün saytın səhifəsində Bakıda Azərbaycan Qran-Prisi trasının döngələrindən birinin fotoşəkli yerləşdiriləcək. Tapşırıq bunun hansı döngə olmasını tapmaqdan və təqdim edilən dörd variantdan düzgün cavabı seçməkdən ibarətdir.

Bütün sualları düzgün və hamıdan tez cavablandıran üç nəfər qalib seçiləcək. Müsabiqə iyunun 11-dək davam edəcək. İyunun 14-də müsabiqəyə yekun vurulacaq.

Müsabiqənin şərtləri ilə https://www.f1news.ru/baku17/ linkində tanış olmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.