İQTİSADİYYAT
Bakıda ilk dəfə keçirilən “ADEX 2014” sərgisində iştirak etmək bizim üçün çox vacib idi
AZƏRTAC xəbər verir ki, bu sözləri birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi - “ADEX 2014” sərgisində iştirak edən “Concept.com” şirkətinin icraçı direktoru Filip Doverqu deyib.
O bildirib ki, şirkət Avropanın ən yaxşı qurumları ilə əməkdaşlıq edir. Bu cür sistemlərdən biri də vertolyotlar üçün fövqəladə hallar zamanı enmə sistemidir. Bu, həqiqətən də maraqlıdır, çünki hava nəqliyyatının idarə edilməsi sahəsində ali təhsilə malik olmayan hər bir kəs fövqəladə vəziyyətlərdə vertolyot üçün enmə bazasını təmin edə bilər.
Şirkətin təklif etdiyi digər yüksək texnologiyalı məhsul isə bəzi problemlərin bütün kommunikasiya üçün maneə yaratdığı hallarda istifadə olunan yüksək sürətli peyk sistemidir. Bu sistem peykə birbaşa qoşulmanı təmin edir. Sistem ordu və ya milli təhlükəsizlik, yaxud da fövqəladə hallar nazirlikləri tərəfindən nəzarət edilən “Wi-Fi” internet qoşulmasını da təmin edir və real təhlükədə olan insanlar üçün internetə giriş imkanı yaradır.
Bu sərgi Azərbaycan üçün çox mühüm bir tədbirdir. Bu baxımdan Bakıda ilk dəfə keçirilən bu sərgidə iştirak etmək bizim üçün çox vacib idi.