İQTİSADİYYAT


Bakıda insan resursları forumu keçirilib

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

Bakıda “İnsan Resursları Forumu-Bakı 2016” keçirilib.

AZƏRTAC xəbər verir ki, “PAŞA Həyat” şirkətinin təşkilatçılığı ilə artıq ikinci ildir keçirilən forumda “PAŞA Həyat Sığorta” ASC idarə heyətinin sədri Mürsəl Rüstəmov bildirib ki, builki forumun əsas mövzusu insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılmasına həsr edilib. Məqsəd insan resursları idarəçiliyi sahəsində beynəlxalq təcrübənin yerli şirkətlərdə tətbiqinin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verməkdir. Forumda iştirak etmək üçün 1500-ə yaxın şəxs qeydiyyatdan keçib. Tendensiya göstərir ki, foruma maraq ildən-ilə artır. Düşünürəm ki, forumun təşkili həm insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar üçün, həm qurum və təşkilatlar üçün, həm də cəmiyyət üçün çox uğurlu nəticələrlə yadda qalacaq və forum ənənəvi hal alacaq.

Forumda “Nəhəng şirkətlərdə HR proseslərinin avtomatlaşdırılmasında rast gəlinən problemlər və onların praktik həlli”, “Müasir şirkətlərdə coach üslublu liderlik”, “Avtomatlaşdırmanın performansa təsirləri”, “Strateji rəhbərliyin insan resursları idarəçilərindən tələbləri” və s. mövzularında məruzələr dinlənilib.

Yerli və beynəlxalq qurumların rəhbərlərinin, insan resursları strukturları üzrə yüksək vəzifəli şəxslərin və mütəxəssislərin iştirak etdikləri forumda son illər Azərbaycanda insan resurslarının idarə edilməsinə artan maraq, bu sahədə olan inkişaf, həmçinin xarici təcrübənin yerli bazarda tətbiqinin nəticələri müzakirə olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.