MƏDƏNİYYƏT


Bakıda “jAzzeri Bands” caz musiqisi axşamı təşkil olunacaq

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

Oktyabrın 22-də Heydər Əliyev Sarayında caz musiqisi həvəskarlarına maraqlı konsert proqramı təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, “jAzzeri Bands” caz musiqisi axşamında tanınmış və istedadlı gənc caz ifaçıları iştirak edəcəklər. Konsertdə Azərbaycan caz musiqisi ilə yanaşı, dünya caz musiqi nömrələrinə də müraciət olunacaq.

Qeyd edək ki, konsert proqramı oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.