İDMAN


Bakıda jurnalistlər arasında şahmat turniri keçirilib

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadasının Əməliyyat Komitəsi 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında şahmat turniri təşkil edib.

AZƏRTAC xəbər verir ki, turnirin açılışında yarışın qaydaları haqqında məlumat verilib. Qeyd olunub ki, məqsəd ölkəmizdə idmanın bu növünün təbliğinə və Dünya Şahmat Olimpiadasına dəstək verməkdir.

Yarışda 20 həvəskar şahmatçı birincilik uğrunda mübarizə aparıb. Yeddi turdan ibarət yarışda maksimum nəticə göstərən Fuad Əlizadə (Sputnik.az) turnirin qalibi adını qazanıb. Liderdən 1 xal geri qalan Ceyhun Əliyev (Futbolinfo.az) ikinci yerlə kifayətlənib. Beş xal toplayan İlkin Xəlilov (ATV kanalı) isə üçüncü yeri tutub.

Qaliblərə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Bundan başqa, müxtəlif nominasiyalar üzrə daha 5 iştirakçı mükafatlandırılıb. Mükafatlandırılanlar arasında AZƏRTAC-ın müxbiri Samirə Allahverdiyeva da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.