İDMAN


Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının təşkilati işləri müzakirə edilib

A+ A

Bakı, 4 avqust, AZƏRTAC 

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış və bağlanış mərasimlərinin təşkilinə həsr olunan növbəti görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, komitənin müxtəlif şöbələrinin nümayəndələri, Milli Gimnastika Arenasının rəhbəri Maqsud Fərzullayev və “Amapola” şirkətinin menecerləri iştirak ediblər.

Toplantıda açılış və bağlanış mərasimlərinin ssenarisi müzakirə edilib, təhlükəsizlik, nəqliyyat məsələləri barədə fikir mübadiləsi aparılıb və müvafiq tapşırıqlar verilib.

Açılış mərasimində iştirak edəcək qonaqların və şahmatçıların yerləşdirilməsi, media nümayəndələrinin rahat fəaliyyəti ilə bağlı bir sıra təkliflər irəli sürülüb. Əməliyyat Komitəsinin nəqliyyat departamentinə dörd minə yaxın tamaşaçının və rəsmi şəxslərin arenaya vaxtında və rahat gəlməsini təmin etmək barədə tapşırıq verilib.

Xatırladaq ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış və bağlanış mərasimləri Milli Gimnastika Arenasında keçiriləcək. Açılış mərasimi sentyabrın 1-də saat 19:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.