İDMAN


Bakıda keçiriləcək atıcılıq üzrə Avropa çempionatında  43 ölkədən idmançılar mübarizə aparacaqlar

Bakı, 3 iyul, AZƏRTAC

Bakıda atıcılıq üzrə Avropa çempionatına qatılacaq ölkələrin və snayperlərin sayı açıqlanıb.

Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a bildirilib ki, çempionatda 43 ölkənin yığması 25, 50 və 300 metr məsafələrdən hədəfi nişan almada, həmçinin stendin bütün növləri üzrə yarışlarda gücünü sınayacaq.

Turnirdə 932 snayper dəqiqliyini yoxlayacaq və yeniyetmə idmançılar Olimpiya Festivalına lisenziya üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, çempionat iyulun 21-dən avqustun 4-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.