İDMAN


Bakıda kempo idman növü üzrə Avrasiya çempionatı keçiriləcək

A+ A

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi və “Toğrul” şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə Bakıda kempo full və kempo submission idman növü üzrə Avrasiya çempionatı keçiriləcək.

Azərbaycan Kempo Federasiyasının mətbuat xidmətinin rəhbəri Fuad Rəsulun AZƏRTAC-a verdiyi məlumata görə, çempionatda Avropa və Asiyadan olan idmançıların iştirakı gözlənilir. Çempionat artıq ikinci dəfə Bakıda təşkil olunacaq.

Avrasiya çempionatı Şağan Olimpiya İdman Kompleksində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.