İDMAN


Bakıda kempo üzrə Avrasiya çempionatı keçirilib

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Bakı növbəti möhtəşəm idman yarışına ev sahibliyi edib. Şağan Olimpiya İdman Kompleksində kempo üzrə Avrasiya çempionatında dünyanın müxtəlif ölkələrindən idmançılar öz məharətlərini göstəriblər.

AZƏRTAC xəbər verir ki, çempionat Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Şərq Əlbəyaxa Döyüş Növləri Federasiyaları Assosiasiyasının və "Toğrul" idman klubunun təşkilatçılığı ilə keçirilib.

Beynəlxalq yarışda 24 klubdan 220-ə yaxın idmançı öz gücünü sınayıb. Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan, Rusiya və İran kempoçuları da iştirak ediblər.

Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimov bu cür dünya miqyaslı yarışların ölkəmizdə təşkili respublikamızın sürətli iqtisadi inkişafının idman yarışlarına birbaşa təsirinin nəticəsi ilə əlaqəli olduğunu deyib.

Rauf İbrahimov bildirib ki, Bakının günü-gündən gözəlləşməsi idman yarışları həvəskarlarına paytaxtı izləmək şansını verir.

Qeyd edək ki, çempionat kemponun PRO, full və submission (Gi-NoGi) versiyaları üzrə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.