CƏMİYYƏT
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilir
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Bakışəhərinin rayonlarında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatınıödəmək məqsədilə təşkil edilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AZƏRTAC-a bildirib ki, yarmarkalara rayonlardan 600 tona yaxın müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları gətirilib. Qiymətlər bazarlardakından 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi yoxlanılır.
M.Hacıyev qeyd edib ki, yarmarkalarda qiymətlər stabildir. Belə ki, qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 – 5,5 manata, quşəti 2,5 – 2,8 manata, kartof 65 - 90 qəpiyə, yumurta 6 - 7 qəpiyə və s. təklif olunur. Faraş məhsulların, göyərtilərin qiymətlərindəucuzlaşma qeydə alınıb.
Yarmarkalar Xətai rayonunda “Ukrayna dairəsi”nin və Bakı kinoteatrının yanı, Nəsimi rayonunda S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi, Yasamal rayonunda Akim Abbasov küçəsi, Nərimanov rayonunda Gənclik metrosunun yanı, Səbail rayonunda Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası, Suraxanı rayonunda Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev 2, “Vətən Şəhidləri Unudulmur” abidələr kompleksinin və hərbi hissənin yanı, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 12, Binəqədi rayonunda Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığında təşkil olunur.