İDMAN
Bakıda kikboks üzrə beşinci beynəlxalq turnirin qalibləri müəyyənləşib
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də Bakı Tennis Akademiyasında kikboks üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beşinci beynəlxalq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, K-1 və loukik versiyaları üzrə keçirilən turnirdə kikboksçularımız Türkiyə komandası ilə qarşılaşıblar.
Loukik üzrə 60 kiloqram çəki dərəcəsində təşkil olunan iki görüşün qalibi milli komandamızın üzvləri Eduard Məmmədov və Zöhrab Əzimov olublar. Digər idmançımız Orxan Məlikov (91 kq) da fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Türkiyə təmsilçisi Hamza Kendircioğlu isə 91 kiloqramdan yuxarı çəki dərəcəsində qalib adını qazanıb.
K-1 yarışlarında Elşad Ələsgərov (57 kq), Elnur Dəryagir (63,5 kq), Ali Çakır (67 kq, Türkiyə), Ramal Aslanov (70 kq), Çingiz Əlləzov (71 kq) və Anar Məmmədov (91 kq) qızıl medala sahib olublar.
Beləliklə, görüş 8:2 heabı ilə Azərbaycan kikboksçularının xeyrinə başa çatıb.
Yarışın idarə olunması üçün WAKO-dan (Dünya Kikboks Federasiyası) Serbiya, Xorvatiya və Belarusu təmsil edən hakimlər briqadası dəvət olunub.