İDMAN
Bakıda konkur üzrə CSI2*-W dərəcəsində beynəlxalq turnir başlayıb
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də “Binə” atçılıq mərkəzinin açıq manejində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konkur üzrə CSI2*-W dərəcəsində beynəlxalq turnir başlayıb. Turnirin mükafat fondu 60 min manatdır.
AZƏRTAC xəbər verir ki, turnirin ilk günündə yarışların iki turu keçirilib. Azərbaycan və Lüksemburqdan olan iştirakçılar 15 yorğa atda vaxt nəzərə alınmaqla yarışıb. 36,68 saniyə nəticə ilə birinci yeri “Cissy” ləqəbli atla azərbaycanlı çapar Səid Musayev qazanıb. Azərbaycanla yanaşı, Almaniya, Türkiyə və Lüksemburqdan olan idmançıların da iştirak etdiyi ikinci turda Türkiyə təmsilçisi Ömər Şimşək qalib olub. O, ən yaxşı vaxt göstəricisi ilə (62,68 saniyə) 65 xal toplayıb.
Qeyd edək ki, Azərbaycanda artıq ənənəyə çevrilən bu turnir 2009-cu ildən keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]