MƏDƏNİYYƏT


Bakıda küçə fotoqrafiyasına həsr olunmuş seminar keçiriləcək

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 24–də Bakıda tanınmış fotoqraf Rüfət Abbasın rəhbərliyi ilə küçə fotoqrafiyasına həsr olunmuş “Street Photography” adlı seminar təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, “Art Villa” qalereyasında keçiriləcək seminarda küçə fotoqrafiyasının tarixi, bu janrda işləyən tanınmış fotoqraflar haqqında məlumat verilməklə yanaşı, sözügedən janrın texnikası və kompozisiyasından danışılacaq.

Seminar çərçivəsində, həmçinin bu janrın işıq, kölgə, rəng, çəkiliş texnikası, rakurs, arxa və ön planları haqqında mühazirələrin dinlənilməsi nəzərdə tutulur.

Hər kəsin iştirak edə biləcəyi layihə “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.