ELM VƏ TƏHSİL


Bakıda magistr təhsili verən xarici universitetlərin sərgisi açılacaq

Bakı, 13 dekabr, AZƏRTAC 

Dekabrın 18-də Bakıda “Park İnn” otelində “Improveer International” Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə təhsil sərgisi keçiriləcək.

Təhsil Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə, Avropa, Birləşmiş Krallıq, ABŞ və Kanadanın ali məktəblərinin iştirak etdikləri sərgidə tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, xarici universitetlərə qəbul olma şərtləri, IETLS, TOEFL, YÖS, GRE, GMAT və General English kursları barədə ətraflı məlumat veriləcək.

Sərgidə iştirak etmək üçün http://improveer.com/27-masterfair-qeydiyyat.html qeydiyyat formasını doldurmaq lazımdır.

Qeydiyyat formasını doldurmayanlar sərginin girişində də qeydiyyatdan keçə bilərlər.

Sərgidə iştirak ödənişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.