MƏDƏNİYYƏT


Bakıda mahir kamança ifaçısı Cefri Verbokun yaradıcılıq gecəsi keçiriləcək

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Amerika Muğam Cəmiyyətinin rəhbəri, Azərbaycan xalq musiqi aləti olan kamançanın mahir qərbli ifaçısı Cefri Verbokun yaradıcılıq gecəsinə həsr olunmuş tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbirdə C.Verbokun yaradıcılığından, muğam sənətinə olan sevgisindən və sənət fəaliyyətindən danışılacaq.

Tədbir çərçivəsində konsert proqramı da nəzərdə tutulur. Konsertdə C.Verbokun çıxışları ilə yanaşı, respublikanın tanınmış xanəndələrinin də ifaları dinləniləcək.

Qeyd edək ki, tədbir C.Verbokun 65 illik yubileyi çərçivəsində baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.