MƏDƏNİYYƏT


Bakıda meksikalı rəssam Frida Kalonun əsərlərindən ibarət sərgi açılacaq

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 18-də İçərişəhərdə yerləşən “Art Tower” qalereyasında dünya şöhrətli meksikalı rəssam Frida Kalonun əsərlərindən ibarət sərgi açılacaq.

Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Meksikanın ölkəmizdəki səfirliyi və “Arts Council Azerbaijan” QHT-nin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

“Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov AZƏRTAC-a məlumat verib ki, kuratoru Mirsadıq Hüseynov olan sərgi iyulun 25-dək davam edəcək. Tamaşaçılar sərgidə Meksika incəsənətinin ikonası, XX əsr dünya rəssamlığının görkəmli nümayəndələrindən biri olan Frida Kalonun həyatının müxtəlif dövrlərinə aid yaradıcılıq nümunələri ilə tanış ola biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.