CƏMİYYƏT


Bakıda mənzildə 5 əcnəbi vətəndaşın meyiti aşkarlanıb

Bakı, 2 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

AZƏRTAC FHN-in saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları mənzilə pəncərədən girərək kirayədə qalan Kamerun Respublikasının vətəndaşları olan 5 nəfərin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.