MƏDƏNİYYƏT


Bakıda milli rəqs və musiqi festivalı təşkil olunacaq

A+ A

Bakı, 16 dekabr, AZƏRTAC

Dekabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında milli rəqs və musiqi festivalı keçiriləcək.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq festivala Azərbaycan, Gürcüstan və İrandan olan rəqqaslar qatılacaq.

İki gün davam edəcək musiqili-əyləncəli tədbirdə Fikrət Əmirov adına uşaq incəsənət məktəbinin “Odlar yurdu” rəqs qrupu milli rəqslərimizlə yanaşı, hind və ispan rəqslərini də təqdim edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.