MƏDƏNİYYƏT


Bakıda muğam musiqi axşamı təşkil olunacaq

A+ A

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 8-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Muğam musiqisi axşamı” adlı konsert proqramı təşkil olunacaq.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, “Gənclərə dəstək” layihəsi çərçivəsində baş tutacaq konsert proqramı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Konsertdə “Muğam televiziya müsabiqəsi”nin qalibləri Ramiq Bayramov və Nigar Şabanova tərəfindən muğam və təsniflərimiz səsləndiriləcək. İfaçıları Xalq Artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin kiçik heyəti müşayiət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.