CƏMİYYƏT


Bakıda növbəti beynəlxalq təhsil sərgisi açılacaq

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də Bakıda Türkiyənin məşhur “Akare İnternational Education Fairs” şirkətinin təşkilatçılığı ilə beynəlxalq təhsil sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək sərgidə 50-dən çox xarici ali təhsil müəssisəsi təmsil olunacaq.

“Park İnn Hotel”də keçiriləcək sərgidə Türkiyə, Şimali Kipr, Avstraliya, İngiltərə, İsveç, Rumıniya, ABŞ və başqa ölkələrin universitetləri iştirak edəcək. Sərgi çərçivəsində təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitet və dil məktəblərində təhsil, həyata keçirilən proqramlar, tələbələr üçün yaradılan şərait, üstünlüklər və digər məsələlərlə bağlı sualları cavablandıracaqlar.

Sərgidə təhsil sahəsində beynəlxalq təcrübə proqramları haqqında məlumat verilməsi də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.