CƏMİYYƏT


Bakıda odlu silahla qətl hadisəsi törədən şəxs polisə təslim olub

A+ A

Bakı, 7 yanvar, AZƏRTAC

Yanvarın 7-də "İraq Hava Yolları" aviaşirkətinin Bakının Xətai rayonu ərazisində yerləşən Azərbaycandakı nümayəndəliyində sürücü vəzifəsində işləyən 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Bəşirov Elşən Rəfayət oğlu orada satış üzrə menecer işləyən Ağaəli Əli Valid oğlu ilə aralarında yaranmış şəxsi münaqişə zəminində baş vermiş mübahisə zamanı özünə məxsus "Vinçester" markalı ov tüfəngi ilə Ə.Ağaəlinin bədəninin müxtəlif nahiyələrinə 5 dəfə atəş açaraq onu qəsdən qətlə yetirib.

Bakı Şəhər Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

E.Bəşirov polisə gələrək təslim olub və cinayətin aləti olan ov tüfəngini təqdim edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.