MƏDƏNİYYƏT


Bakıda pulsuz moda dərsləri keçirilir

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

Bakıda gənc dizayner-rəssam Renarə Şəmsiyevanın rəhbərliyi ilə “Pulsuz moda dərsi” adlı açıq moda dərsləri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Atatürk prospekti 25 b” ünvanında təşkil olunan dərslərdə rəng və forma anlayışı, geyim eskizlərinin hazırlanması, dünya moda tarixi, dünya geyimləri və Azərbaycan xalqının milli geyimləri, dünyaca məşhur moda evlərinin iş fəaliyyəti, geyim kolleksiyasının hazırlanması və başqa mövzular tədris edilir.

Həmçinin, dərslərdə dünya üzrə qabaqcıl moda məktəblərində təhsil almaq istəyənlər üçün xüsusi hazırlıq kursları təşkil etmək də nəzərdə tutulur.

Qeyd edək ki, hazırda qeydiyyatların davam etdiyi dərslərə 5 yaşından yuxarı və rəssamlıq bacarığı olan hər kəsin qatıla bilər. Dərslər iştirakçıların istəyinə uyğun olaraq Azərbaycan, rus və ingilis dillərində keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.