CƏMİYYƏT


Bakıda qan donorluğunun inkişafında jurnalistlərin roluna dair konfrans keçiriləcək

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 15-də Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Azərbaycan Talassemiya Federasiyasının tәşәbbüsü, Qan Donorları Assosiasiyası və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “Donorluq mədəniyyətinin inkişafında gənclərin və jurnalistlərin rolu” mövzusunda konfrans keçiriləcək.

Talassemiya Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd qan donorluğu və talassemiya haqqında məlumatın verilməsi, eləcə də KİV nümayəndələrinin qan donorluğunun inkişafına verdikləri töhfələrin diqqətə çatdırılmasıdır.

Məlumatda bildirilir ki, qanvermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikası Prezidentinın təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

Hazırda Azərbaycanda 2 mindən artıq talassemiya və digər irsi qan xəstələri var. Onların həyatı kütləvi keçirilən qanvermə aksiyalarından çox asılıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.