CƏMİYYƏT


Bakıda qanunsuz olaraq idman mərc oyunları təşkil edən şəxslər saxlanılıb

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Müvafiq razılıq olmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizənin gücləndirilməsi, həmin oyunları qanunsuz keçirən şəxslərin məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlərin görülməsi istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yasamal rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz idman mərc və qumar oyunlarının keçirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumat əsasında həmin çay evinə baxış keçirilib. Nəticədə həmin obyektdə qanunsuz mərc, qumar oyunları təşkil edən Bakı şəhər sakini Mehdi Cəfərov və Ağstafa rayon sakini Müqabil Pənahov saxlanılıblar. Bununla yanaşı, çay evinə baxış zamanı mərc və qumar oyunlarında istifadə edilən maddi sübutlar, yazılı şəkildə olan uduşlu mərc kuponları, eləcə də digər əşyalar aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, M.Cəfərov və M.Pənahov müvafiq qanunvericiliyin tələblərini pozaraq, qanunsuz idman mərc oyunlarının təşkili nəticəsində külli miqdarda gəlir götürüblər.

Fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.