İDMAN


Bakıda qəbul edilən yeni qaydalar yerli cüdoçular, hakimlər və məşqçilərin diqqətinə çatdırılıb

Bakı, 9 yanvar, AZƏRTAC

Bakıda başa çatan beynəlxalq seminardan sonra yerli hakimlər və məşqçi-müəllimlər üçün treninq keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin bütün bölgələrindən 250 nümayəndə iştirak edib.

ACF-nin vitse-prezidenti Sadıq Sadıqov seminar iştirakçılarını salamlayaraq paytaxtımızda təşkil olunan beynəlxalq seminarın əhəmiyyəti barədə məlumat verib. Qəbul edilən yeni yarış və hakimlik qaydalarının mütəxəssislər tərəfindən yerli məşqçi-müəllimlərin diqqətinə çatdırılacağını söyləyib.

Hər bir cüdo klubunun nümayəndəsinə, bölgə məşqçilərinə beynəlxalq seminarda qəbul olunan yeni qərarları özündə əks etdirən videomaterial şəklində hazırlanan disklər veriləcək. Tez bir zamanda federasiyanın rəsmi saytında yeni yarış və hakimlik qaydalarının Azərbaycan dilində tərcümə olunmuş versiyası yerləşdiriləcək.

Yerli seminarda bütün qərarlar nəzəri və praktiki olaraq hakimlər və məşqçilərin diqqətinə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.