CƏMİYYƏT
Bakıda qohumunun evindən 12 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
Qeyri-aşkar şəraitdə törədilmiş oğurluq cinayətlərinin açılması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci polis bölməsinə (PB) müraciət edən vətəndaş İnqa Dabaxcı Seyidova Nizami rayonu M.Şərifli küçəsində yerləşən mənzilinin yataq otağından naməlum şəraitdə 12 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması haqqında məlumat verib.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və cinayəti törətməkdə şübhəli bilinən Qusar rayon sakini Sadil Allahverdiyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs zərərçəkənin qohumudur və o, oğurladığı qızıl-zinət əşyalarını 6 min manata satıb.
Hadisədən əvvəl ev sahibi mənzilin açarlarını S.Allahverdiyevin həyat yoldaşına etibar edərək şəxsi işləri ilə əlaqədar Türkiyəyə gedib. S.Allahverdiyev isə mənzilin açarları həyat yoldaşının çantasından gizlicə götürərək oğurluq məqsədilə qohumunun evinə gedib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.