MƏDƏNİYYƏT
Bakıda rusiyalı rejissorun “Küləyin ani şiddəti” adlı filmi nümayiş olunacaq
Bakı, 26 oktyabr, AZƏRTAC
Noyabrın 1-də “YARAT” Müasir İncəsənət Mərkəzində rusiyalı rejissor Yekaterina Teleqinanın ekranlaşdırdığı “Küləyin ani şiddəti” adlı qısametrajlı filmi təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, 2009-cu ildə çəkilən ekran əsərinin xronometrajı 23 dəqiqədir. “Yarat” Film Klubu tərəfindən təqdim ediləcək film rus dilində ingilis alt yazıları ilə nümayiş olunacaq.
Bir çox beynəlxalq festivalların mükafatlarına layiq görülən film 2010-cu ildə keçirilən “Müqəddəs Anna” film festivalında “Ən yaxşı film”, 2009-cu ildə keçirilən Moskva Beynəlxalq Kino Festivalında “Tələbələr üzrə Qran-pri” və Moskva Beynəlxalq Qısametrajlı Filmlər Festivalında “Ən yaxşı film” mükafatlarına layiq görülüb.
Rejissor və aktrisa kimi fəaliyyət göstərən Y.Teleqina “Küknarlar-3”, “Vidalaşma vərdişi” və “Valehedici gəzinti” kimi ekran əsərlərinin rejissorudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]