İDMAN
Bakıda şahmat üzrə “Qran-pri” turnirini ingilis dilində Yevgeni Miroşniçenko və Emil Sutovski şərh edəcəklər
Bakı, 1 oktyabr (AZƏRTAC). Oktyabrın 1-də Bakıda start götürəcək şahmat üzrə “Qran-pri” turnirinin üçüncü mövsümünün partiyaları baku2014.fide.com vasitəsilə canlı yayımlanacaq.
Turnirin mətbuat xidmətinin AZƏRTAC-a bildiriblər ki, artıq ingilis dilində partiyaları kimlərin şərh edəcəyi dəqiqləşib. Bunlar ukraynalı qrossmeyster Yevgeni Miroşniçenko və Avropa çempionu, qrossmeyster Emil Sutovskidir.
Azərbaycan dilində partiyaları məşqçi, beynəlxalq usta Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin çalışdırıcısı, qrossmeyster Fərid Abbasov təqdim edəcəklər. Oktyabrın 6-da və 10-da turnirdə istirahət günləri olacaq.
Ümumilikdə 11 turdan ibarət olan yarışa oktyabrın 14-də yekun vurulacaq.