CƏMİYYƏT
Bakıda süd vəzisi xərçəngi ilə mübarizəyə həsr olunmuş aksiya keçirilir
Bakı, 25 oktyabr, AZƏRTAC
Oktyabr ayı bütün dünyada qadınlar arasında ən çox yayılmış süd vəzisi xərçəngi ilə mübarizə ayı kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar oktyabrın 25-də Bakıda “Azerbaijan Breast Cancer Awareness Campaign”in təşəbbüsü və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin dəstəyi ilə aksiya başlayıb.
Aksiyanın məqsədi süd vəzi xərçəngi barədə əhalini məlumatlandırmaq və erkən tibbi müayinənin əhəmiyyətini diqqətə çatdırmaqdır. Bunun üçün Dənizkənarı Milli Parkda konsert təşkil olunacaq, o cümlədən “Park Bulvar” və “28 Mall” ticarət mərkəzlərində maarifləndirici materiallar paylanacaqdır.
Tədbirin davamı olaraq veloyürüş də keçiriləcək.