İDMAN


Bakıda taekvando üzrə Qran-pri turnirinin final mərhələsi və komandalararası dünya çempionatı keçiriləcək

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Dekabrın 9-10-da Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində taekvando üzrə Qran-pri turnirinin final mərhələsi, dekabrın 12-13-də isə komandalararası dünya çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Dünya Taekvando Federasiyasının və Azərbaycan Taekvando Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək beynəlxalq Qran-pri turnirinin finalında dünyanın reytinqli 16 kişi və qadın taekvandoçuları mübarizə aparacaqlar. Turnirin qalibləri 6 min dollar və 80 reytinq xalı, finalçılar 3 min dollar və 48 reytinq xalı, bürünc medala layiq görülən idmançılar isə 1000 dollar və 28.8 reytinq xalı əldə edəcəklər.

Dekabrın 12-13-də keçiriləcək milli komandalar arasında dünya çempionatında isə səkkiz yığma yarışacaq.

Dekabrın 11-də təşkil olunacaq qala gecə mərasimində isə ilin ən yaxşı taekvandoçusu, ən yaxşı məşqçisi, ən yaxşı hakimi və ən yaxşı milli federasiyası mükafatlandırılacaq.

Taekvando üzrə Azərbaycan milli komandasının üzvü, “Rio-2016” Yay Olimpiya Oyunlarının çempionu Radik İsayevin də yer alacağı millinin heyəti yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, kişilərdən ibarət yığmamız ötən il Meksikada təşkil edilmiş dünya kubokunun qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.