MƏDƏNİYYƏT


Bakıda tanınmış Moldova fotoqrafının sərgisi açılıb

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də “Arts Council Azərbaycan”, “Arts Council Moldova”, Moldovanın ölkəmizdəki səfirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə “Art Tower” qalereyasında tanınmış Moldova fotoqrafı Anatol Poyatenin “Moldova. İnsanlar və torpaq haqqında” adlı sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Moldovanın ölkəmizdəki səfiri George Leuka ölkələrimizi sıx dostluq əlaqələri birləşdirdiyini, xalqlarımız arasında mədəni mübadilənin getdiyini qeyd edib. Səfir, həmçinin bu cür tədbirlərin Azərbaycan-Moldova münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

İstedadlı fotoqraf Anatol Poyatenin həyat və yaradıcılığı haqqında danışan sərginin kuratoru Rüstəm Hüseynov bildirib ki, “Moldova. İnsanlar və torpaq haqqında” layihəsinin əsas məqsədi azərbaycanlıları və paytaxtımızın qonaqlarını Moldovanın tarixi və memarlıq abidələri, təbiəti və məişəti ilə tanış etməkdir.

Unikal fotoların nümayiş olunduğu sərgi noyabrın 27-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.